İstifadəçi Qaydaları
Ödəniş şərtləri, ləğvetmə və qaytarılma qaydaları.
Müştərilər üçün
Bu səhifədə "Ekolizinq" MMC-nin veb-saytı vasitəsilə həyata keçirilən onlayn ödənişlər, xidmət şərtləri, ləğvetmə və vəsaitin qaytarılması qaydaları öz əksini tapmışdır.
1. Ümumi Müddəalar
- 1.1
Bu veb-sayt vasitəsilə ödəniş edən hər bir istifadəçi aşağıdakı şərtləri tam şəkildə qəbul etmiş sayılır.
- 1.2
Onlayn ödəniş xidməti lizinq ödənişlərinin, ilkin ödənişlərin və ya digər borc öhdəliklərinin bank kartları vasitəsilə həyata keçirilməsi üçün nəzərdə tutulub.
- 1.3
Ödənişlər yalnız Azərbaycan Manatı (AZN) ilə qəbul edilir.
2. Ödəniş Qaydaları
Ödənişlər Visa və MasterCard plastik kartları vasitəsilə həyata keçirilir.
Ödəniş zamanı 3D Secure təhlükəsizlik protokolu tətbiq olunur.
- 2.2
İstifadəçi kart məlumatlarını daxil edərkən təhlükəsiz bank səhifəsinə yönləndirilir. "Ekolizinq" MMC istifadəçinin kart məlumatlarını (PIN kod, CVV və s.) özündə saxlamır və görmür.
- 2.4
Ödəniş təsdiqləndikdən sonra məbləğ istifadəçinin balansından dərhal silinir və müvafiq lizinq hesabına oturulur.
3. İmtina, Ləğvetmə və Qaytarılma Şərtləri
3.1. Ləğvetmə
Uğurla həyata keçirilmiş və təsdiqlənmiş lizinq ödənişləri geri çağırıla və ya ləğv edilə bilməz, çünki bu ödənişlər mövcud müqavilə öhdəliklərinin icrası hesab olunur.
3.2. Səhv ödənişlərin qaytarılması
Əgər istifadəçi texniki xəta nəticəsində eyni məbləği iki dəfə ödəyərsə və ya yanlış hesaba ödəniş edərsə, artıq ödənilmiş məbləğin qaytarılması üçün "Ekolizinq" MMC-yə yazılı müraciət etməlidir.
3.3. Qaytarılma müddəti
Müraciət araşdırıldıqdan və təsdiqləndikdən sonra, vəsait 14-30 iş günü ərzində (bankın daxili prosedurlarından asılı olaraq) ödənişin edildiyi karta geri qaytarılır.
4. Məxfilik
Daxil edilən fərdi məlumatlar "Məxfilik Siyasəti"nə uyğun olaraq qorunur və üçüncü tərəflərə ötürülmür (qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla).

